METBUAT.AZ

Ölkə

​Şəmkirdə üç nəfər faciəvi şəkildə öldü

23 Sentyabr 2024 19:48

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə Şəmkir rayon Könüllü kənd ərazisində qeydə alınıb.

Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində Əkbər Bağırov, İsmət Məmmədov və Adil Böyükkişiyev elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.