METBUAT.AZ

Gündəm

Səsvermə başa çatdı, səslərin sayılmasına başlanıldı

1 Sentyabr 2024 19:00

Sentyabrın 1-də saat 19:00-da Milli Məclisə seçkilərdə səsvermə başa çatıb. Seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Metbuat.az xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.


metbuat.az.