METBUAT.AZ

Dünya

Şimali Koreya bir neçə ballistik raketi sınaqdan keçirdi

12 Sentyabr 2024 09:12

KXDR Yaponiya dənizinə doğru naməlum ballistik raket atıb .

Metbuat.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, raketin uçuş məsafəsi və hündürlüyü barədə məlumat verilməyib.

Məlumatına görə, ölkə yeni “Hwasong-11da-4.5” taktiki ballistik raketini uğurla sınaqdan keçirib. Raket 4,5 ton ağırlığında ultra böyük döyüş başlığına malikdir.

Şimali Koreya bundan əvvəl iyulun 1-də də ballistik raketlər buraxmışdı.


metbuat.az.