METBUAT.AZ

Hadisə

Sınıqçı 2 yaşlı qızı masaj etdi,

9 Sentyabr 2024 11:45

Biləsuvar rayonunda faciəvi hadisə baş verib.

Metbuat.az Qafqazino-ya istinadə xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.


metbuat.az.