METBUAT.AZ

Dünya

Stoltenberq etiraf etdi -

14 Sentyabr 2024 15:01

Oktyabrda vəzifəsini tərk edəcək NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, alyans Ukraynada müharibənin qarşısını almaq üçün daha çox şey edə bilərdi.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o, Almaniyanın FAS qəzetinə müsahibəsində bu barədə danışıb. Onun sözlərinə görə, NATO üzvləri eskalasiya qorxusundan Ukraynanın Rusiyanın işğalından əvvəl tələb etdiyi silahları vermək istəməyiblər:

"İndi biz müharibə üçün hərbi vasitələr təqdim edirik - o zaman müharibənin qarşısını almaq üçün hərbi vasitələr verə bilərdik".

Baş katibin xatırladığı kimi, 2015-ci ildə Ukraynaya ilk səfəri zamanı o, ABŞ, Kanada və Böyük Britaniyanın əsgərlər hazırladığı təlim mərkəzinə baş çəkib, lakin Alyansın özü bu prosesin bir hissəsi olmayıb. Bununla yanaşı, Stoltenberq əlavə edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi həmişə çətin olub və ümumiyyətlə, hətta 2022-ci il də real deyildi.


metbuat.az.