9 Sentyabr 2024 15:14
Tədqiqatçılar, Süd Yolu qalaktikasının xarici sərhədlərinin düşündüyümüzdən daha çox uzana biləcəyini irəli sürüblər.
Metbuat.az xəbər verir ki, bu barədə Nature Astronomy” jurnalında dərc olunan məqalədə deyilir. Araşdırmalara görə, elm adamları hesab edir ki, Süd Yolu qalaktikasının xarici sərhədləri ən yaxın qonşu olan Andromeda qalaktikasına qədər gedib çata bilər.
Alimlər fəza ilə qalaktikaları əhatə etmiş qaz buludu olan “circumgalactic medium” (CGM) arasındakı sərhədi yenidən müəyyənləşdirməyi təklif ediblər. İndiyədək bu qaz buludu alimlər üçün sirr olaraq qalırdı. Qalaktikaların təxminən 70 faizini təşkil edən bu qaz buludunu öyrənmək üçün tədqiqatçılar göy cisimləri tərəfindən udulan işığı təhlil etməli olublar. Əvvəlki müşahidələr, dörd milyard il ərzində Süd Yolunun Andromeda ilə birbaşa toqquşma yaşayacağını proqnozlaşdırmışdı. Lakin son məlumatlar göstərir ki, bu toqquşma texniki cəhətdən artıq başlamış ola bilər.