12 Sentyabr 2024 14:04
Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə çatıb.
Metbuat.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada, vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib.
Qeyd edək ki, Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.