20 Sentyabr 2024 19:25
Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Metbuat.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".
Qeyd edək ki, bu barədə məlumatı "Sumqayıt24.az" saytı valideynlərə istinadən yaymışdı.