METBUAT.AZ

Hadisə

Şuşada ağır qəza:

21 Sentyabr 2024 21:56

Şuşada ağır yol qəzası olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 6-sı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xankəndi şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şuşa rayon Polis Şöbəsində araşdırma aparılır.


metbuat.az.