METBUAT.AZ

Dünya

Teylor Svift Harrisi dəstəklədi

11 Sentyabr 2024 17:19

Teylor Svift noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tramp və Harrisin prezidentlik debatı bitdikdən sonra Svift İnstaqramda paylaşım edib. Noyabr seçkilərində Kamala Harrisə və vitse-prezidentliyə namizəd Tim Valza səs verəcəyini deyən sənətçi Demokratların namizədini “sabit və istedadlı lider” adlandırıb.

O qeyd edib ki, Amerikanı xaosla yox, sabitliklə idarə etsələr, daha çox nailiyyət əldə edə bilərlər.


metbuat.az.