METBUAT.AZ

Texnologiya

"TikTok" Rusiyaya aid bəzi media hesablarını bağladı

24 Sentyabr 2024 14:38

ABŞ-də təxminən 170 milyon istifadəçisi olan sosial media platforması "TikTok" Rusiyanın RT və Sputnik media qurumlarının prezident seçkiləri ilə bağlı "seçiciləri aldadıcı paylaşımları"na görə hesablarını həmişəlik bağladığını açıqlayıb.

Metbuat.az bildirir ki, Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu “TikTok” öz saytında Rusiyanın dövlət televiziyası RT və “Sputnik” xəbər agentliyinin ana şirkətləri olan “TV-Novosti” və “Rossiya Seqodnya”nın hesablarını həmişəlik bağladığını elan edib.

Bəyanatda Rusiya media qurumlarının “siyasi təbliğatı qadağan edən siyasəti pozduğu” bildirilib. Bu hesablar Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada da məhdudlaşdırılıb.


metbuat.az.