METBUAT.AZ

İdman

"Tottenhem"in baş məşqçisi "Qarabağ"la oyundan danışdı

25 Sentyabr 2024 20:08

Biz həqiqətən hər oyun üçün böyük rotasiya etmək istəmirik.

Metbuat.az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun matçından əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis mövsüm ərzində 50-dən çox oyuna çıxacaqlarını bildirib:

"Buna uyğun heyətimiz var. Futbolçuların hamısının bütün qarşılaşmalarda oynamasını gözləməyin. Təxminən 35 görüşdə meydanda ola bilərlər".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


metbuat.az.