28 Sentyabr 2024 14:06
Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.
Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır:
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub”.
G.Abbasova qeyd edib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.