METBUAT.AZ

Dünya

Tramp gələn həftə Zelenski ilə görüşə bilər

19 Sentyabr 2024 09:26

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp jurnalistin sualını cavablandırarkən “Böyük ehtimal ki, bəli”, - deyə qeyd edib.

Qeyd edək ki, Vladimir Zelenskinin Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ prezidenti Co Bayden və hər iki partiyanın Konqres üzvləri ilə görüşü planlaşdırılır.

Zelenski 2022-ci ilin fevralından bəri ikinci dəfə ABŞ-yə səfər edəcək. Onun Vaşinqtona son səfəri 2022-ci ilin dekabrında baş tutub.


metbuat.az.