METBUAT.AZ

Dünya

Tramp növbəti seçkilərdə namizəd olmayacaq

23 Sentyabr 2024 15:41

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyi təqdirdə 2028-ci ildə namizəd olmayacağını açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o, yenidən namizəd olub-olmayacağı haqda suala belə cavab verib:

"Xeyr, belə düşünmürəm. Düşünürəm ki, bu, sonuncu dəfə olacaq".

Trampın 2028-ci ildə 82 yaşı olacaq. Bu o deməkdir ki, o, yaşı ilə bağlı tez-tez istehzalı fikirlər səsləndirdiyi prezident Co Baydendən bir yaş böyük olacaq.


metbuat.az.