6 Sentyabr 2024 11:51
Tramp seçilərsə, İlon Maskı hökumət postuna təyin edəcək.
Metbuat.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə İlon Maskı hökumətin maliyyə fəaliyyətinə nəzarət edən şəxs təyin edəcək.
Tramp Maskın təklif etdiyi planla hökumətin “trilyonlarla” dollar israfını aradan qaldırmağı hədəfləyir.
O, həmçinin ABŞ-ni kriptovalyuta mərkəzinə çevirməyi, idxal olunan məhsullara vergiləri artırmağı və Bayden administrasiyasının İqlim və İnflyasiya Qanununu ləğv etməyi vəd edib.