METBUAT.AZ

Dünya

Tramp Zelenskinin ABŞ-yə səfərini pislədi

24 Sentyabr 2024 11:47

Prezidentliyə namizəd Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-a səfərini pisləyib və onu “tarixin ən böyük ticarətçisi” adlandırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bazar ertəsi Pensilvaniyada BMT Baş Assambleyası qarşısındakı mitinqdə Ukrayna siyasətinə “fərqli” yanaşacağını bildirib:

"Görürəm ki, Zelenski buradadır. Məncə, Zelenski tarixin ən böyük ticarətçisidir. O, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla çıxıb gedir".

Tramp əlavə edib ki, o, Zelenskinin rəqibi Kamala Harrisin seçkidə qalib gəlməsini “çox” istədiyinə inanır.


metbuat.az.