8 Sentyabr 2024 22:56
Türkiyənin Tunceli vilayətində hərbi avtomobil dərəyə yuvarlanıb, nəticədə 4 hərbçi həlak olub, biri isə ağır yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. Nazir texnikanın hansı səbəbdən qəzaya düşdüyünün məlum olmadığını bildirib.
Hadisə yerinə helikopterlə hərbçilər, təcili yardım briqadası və aidiyyəti qurumların əməkdaşları göndərilib.