12 Sentyabr 2024 21:53
Türkiyədə Narin Güranın qətli ilə əlaqədar saxlanılan anası Yüksel Güranın prokurorluğa verdiyi ifadə məlum olub.
Metbuat.az xəbər verir ki, ana ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, prokurorun verdiyi bir çox suala "bilmirəm, məlumatım yoxdur və görməmişəm" deyərək cavab verib.
Qadın qaynı (uşağın qətlində bir nömrəli şübhəli olan əmisi) ilə yaxın münasibətini soruşduqda: "Qətiyyən belə bir şey yoxdur, bu iddialara görə utanıram. Narini öldürənlərə Allah lənət etsin" deyib.