METBUAT.AZ

Region

Türkiyənin müxalif partiyasında ardıcıl istefalar oldu

14 Sentyabr 2024 18:17

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.

Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.


metbuat.az.