METBUAT.AZ

İdman

Üç cüdoçumuz finala yüksəldi -

5 Sentyabr 2024 16:26

Azərbaycanın üç gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, bunlar Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadədir (57 kq).

Fidan Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Fidan Qasımova (57 kq) yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.


metbuat.az.