METBUAT.AZ

Dünya

Ukrayna cəbhəsində vəziyyət dəyişir -

3 Sentyabr 2024 00:14

Rusiya qüvvələri Ukraynanın şərqində daha sürətli irəliləyir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə açıqlama verib. O, Rusiya qüvvələrinin gündə bir neçə kvadrat kilometr ərazini ələ keçirdiyini bildirib.

"Bizim Donbasda uzun müddətdir ki, hücumda belə tempimiz olmayıb. İndi biz 200 və ya 300 metr irəli getməkdən danışmırıq. Rusiya silahlı qüvvələri artıq əraziləri 200-300 metrlərlə yox, kvadrat kilometrlərlə nəzarət altına alır", - deyə Putin Tuvanın Qızıl şəhərindəki 20 nömrəli orta məktəbdəki çıxışında bildirib.

Hal-hazırda Rusiya qüvvələri Ukraynanın 18%-nə nəzarət edir və Kursk vilayətindəki vəziyyətə baxmayaraq, Ukraynanın şərqində sürətli irəliləyiş əldə edir.


metbuat.az.