METBUAT.AZ

Dünya

"Ukrayna silah istehsalını artırmalıdır" -

6 Sentyabr 2024 15:42

"Ukrayna uzunmüddətli təhlükəsizliyi üçün öz müdafiə istehsalını artırmalıdır".

Metbuat.az bildirir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun iclasının əvvəlində deyib. O qeyd edib ki, müttəfiqlər Ukraynanın ehtiyaclarını ödəmək və gələcək üçün lazımi təchizatları təmin etmək üçün sənaye bazalarının imkanlarını artırırlar, lakin ölkə öz silahlarının istehsalını artırmalıdır.

Bildirilib ki, ABŞ və bir sıra Avropa şirkətləri S-300 yer-hava raket sistemi və R-27 hava-hava raketinin əvəzedicisini hazırlamaq üçün Ukrayna ilə də əməkdaşlıq edir:

"ABŞ Ukraynanın bu qədər effektiv şəkildə yerləşdirdiyi dronları və elektron sistemlərini istehsal etmək üçün kritik detalların alınması üçün 200 milyon dollardan çox vəsait ayırıb".

Öz növbəsində, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın silah istehsalına sərmayə qoyulmasının vacibliyini qeyd edib.


metbuat.az.