METBUAT.AZ

Elm və Təhsil

Universitetə qəbul olanların nəzərinə

6 Sentyabr 2024 12:12

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-a qədər uzadılıb.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

"Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar", - deyə məlumatda qeyd edilib.


metbuat.az.