METBUAT.AZ

İdman

Vərəqə qalmaqalı -

25 Sentyabr 2024 22:48

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius matçlarda etdiyi etirazlara görə aldığı sarı vərəqələrlə məşhurdur.

Metbuat.az xəbər verir ki, "Alaves" matçında o, ilk hissədə kobudluğa məruz qaldığını iddia edərək sərt etiraz etdiyi üçün sarı vərəqə alıb. İkinci hissədə isə braziliyalı ulduz meydanı tərk edərkən 4-cü hakim matça əlavə olunan vaxtı göstərən lövhəni qaldırıb. Lövhədə 6 dəqiqə olduğunu görən Vinisius yanındakı hakimə dönüb gülməyə başlayıb. Əlavə vaxtın çox olduğunu irəli sürən futbolçunun uca səslə gülməsi səsi canlı yayımda da əks olunub. Ardınca o gülüşünü dayandıraraq qışqırmağa başlayıb.

Matçın hakimi bu hərəkətlərinə görə Vinisiusa ikinci sarı vərəqə göstərməyib. O ikinci sarını alsaydı “Atletiko Madrid” derbisində oynaya bilməyəcəkdi. Bəzi dairələr hesab edir ki, futbolçuya ikinci sarı kartı vermək olardı.


metbuat.az.