3 Sentyabr 2024 15:26
"Volkswagen" Almaniyadakı fabrikini bağlaya bilər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blume açıqlama verib. Avropa avtomobil sənayesinin çox çətin vəziyyətdə olduğunu deyən direktorun sözlərinə görə, şirkət Almaniyadakı fabrikini bağlamağı istisna etmir.
O bildirib ki, şirkətin xərcləri azaltma səyləri nəticə verir, lakin risklər əhəmiyyətli dərəcədə güclənib.
Qeyd edək ki, Avropalı avtomobil istehsalçıları Çinin ucuz elektrik avtomobilləri ilə sənayedə artan rəqabətlə üzləşirlər. Şirkətin yarımillik nəticələri göstərir ki, 2026-cı ilə qədər 10 milyard avro qənaət hədəfinə çata bilməyəcək.