METBUAT.AZ

Avtomobil

"Volvo" elektrik avtomobillərlə bağlı planlarını dəyişdi

5 Sentyabr 2024 14:48

İsveç avtomobil istehsalçısı istehlakçıların elektrik avtomobillərinə olan tələbatının zəifləməsi səbəbindən 2030-cu ilə qədər tamamilə elektrik avtomobil istehsalına keçmək planlarından imtina edib.

Metbuat.az bildirir ki, sözügedən açıqlamadan sonra şirkətin səhmləri 4 faizdən çox ucuzlaşıb - bununla da "Volvo" son altı ayda 12 faiz dəyər itirib. Eyni zamanda şirkətin birincü rübdə qazancları da məyusedici olub.

Tamamilə elektrikli avtomobil istehsalçısı olmağı hədəfləmək əvəzinə, şirkət "2030-cu ilə qədər qlobal satış həcminin 90-100 faizini elektrikli avtomobillər təşkil etməyi" hədəfləyir. Qalan 10 faizi məhdud sayda hibrid modellər təşkil edəcək.

Şirkətin açıqlamasında bildirilib ki, məhsullarının 26 faizi tam elektrik avtomobillərdir və bu, rəqibləri arasında ən yüksək pay deməkdir.


metbuat.az.