METBUAT.AZ

Dünya

Vyetnamda daşqınlar nəticəsində 65 nəfər öldü

10 Sentyabr 2024 10:05

Vyetnamda baş verən Yagi qasırğası nəticəsində ölənlərin sayı 60-ı ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, güclü daşqınların Vyetnamın şimalını, o cümlədən paytaxt Hanoyu su altında qoyacağı gözlənilir.

Qasırğanın yaratdığı torpaq sürüşmələri və daşqınlar artıq 65 nəfərin həyatına son qoyub, daha 39 sakin isə itkin düşüb.

İnsanların çoxu torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olub. 752 nəfər yaralanıb.

Qasırğa ilkin olaraq Vyetnamın şimal-şərq sahillərinə güclü yağış yağdıraraq sənaye və yaşayış məntəqələrinin böyük hissəsini dağıdıb.

Daşqınlar həmçinin Vyetnamın şimalında 148.600 hektar sahəni su altında qoyub və 50.000-ə yaxın evə ziyan vurub.


metbuat.az.