METBUAT.AZ

Gündəm

Xankəndi ölkə üzrə fərqləndi -

1 Sentyabr 2024 13:53

Ölkə üzrə ən yüksək olan seçici fəallığı 122 saylı Xankəndi seçki dairəsində qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32.6 faizdir (2182 nəfər).

Bildirilib ki, 54 saylı Mingəçevir seçki dairəsində seçici fəallığı aşağıdır. Bu dairədə seçicilərin cəmi 7.5 faizi (3768 nəfər) səs verib.


metbuat.az.