METBUAT.AZ

Ölkə

Xankəndidə 33 il sonra ilk toy -

21 Sentyabr 2024 18:07

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur.

Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.

Qeyd edək Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.


metbuat.az.