METBUAT.AZ

Gündəm

Yalçın Camalova yüksək vəzifə verildi

26 Sentyabr 2024 16:11

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu, Yalçın Camalovdur.

O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.

Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.


metbuat.az.