METBUAT.AZ

Dünya

Yanacaq daşıyan maşın partladı, 48 nəfər öldü

9 Sentyabr 2024 09:25

Nigeriyada yanacaq daşıyan maşın partlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Niger əyalətində baş verib. Partlayış nəticəsində ölənlərin sayı azı 48 nəfərdir.

Hadisə yanacaq daşıyan yük maşınının digər yük avtomobili ilə toqquşması nəticəsində olub.


metbuat.az.