1 Sentyabr 2024 20:59
Sosioloji Tədqiqatlar Mərkəzi sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı keçirdiyi ekzit-pollun nəticələrini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Mərkəzin direktoru Natalya İsayeva bildirib ki, sorğular 75 dairədə, 150 məntəqədə keçirilib.
O bildirib ki, 146 min 520 nəfər seçici ekzit-polla cəlb edilib:
"Nəticələr göstərir ki, YAP qələbə qazanıb".