23 Sentyabr 2024 10:23
Yaponiyanın qərbindəki Honsyu adasındakı güclü yağışlar nəticəsində 6 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, daha 7 sakin hələ də itkin düşüb.
Bildirilib ki, ən azı 115 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Onlara gedən yollar sürüşmə səbəbindən bağlanıb.
Sentyabrın 21-də Yaponiyaya yağan yağışlar nəticəsində ən çox zərər çəkən Noto kəndi və Vacima və Suzu şəhərləridir. Sinoptiklərin məlumatına görə, son iki gündə Vacimaya 540 mm-dən çox yağış düşüb ki, bu da 1975-ci ildən bəri rekord göstəricidir.