METBUAT.AZ

İdman

Yarışdan əvvəl ailəsinə bu sözləri deyibmiş -

4 Sentyabr 2024 00:27

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı paraatlet Lamiyə Vəliyevanın ailəsi qələbə ilə bağlı sevinclərini bölüşüb.

Metbuat.az xəbər verir ki, İTV-yə açıqlama verən ailə üzvləri bildirib ki, Lamiyə uğur qazanacağını əvvəlcədən deyibmiş.

Qeyd edək ki, Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb. 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


metbuat.az.