METBUAT.AZ

Siyasət

“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilir

9 Sentyabr 2024 10:42

İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilir.

Metbuat.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq və bu sahədə görüləcək birgə tədbirləri müzakirə etməkdir.

Konfransda aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.


metbuat.az.