METBUAT.AZ

Texnologiya

Yeni "iPhone 16" modelləri təqdim edildi -

9 Sentyabr 2024 22:45

"Apple" şirkəti bu gün keçirilən tədbirdə yeni "iPhone 16 Pro", "iPhone 16 Pro Max", "Apple Watch 10" və "AirPods 4" modellərini təqdim edib.

Metbuat.az xəbər verir ki, ənənəvi olaraq bu dəfə də radikal dizayn yeniliyi edilməyib. Yeni modellərin əvvəlki nəsillərdən çox da fərqlənmir.

Bununla belə, bir neçə diqqətəlayiq fərqlilik var: bütün modellərin ekranları bir qədər böyüyüb və kənar çərçivələr daha incədir. Nəticədə, cihazlar əlində böyük hiss etməsə də, daha geniş ekran təcrübəsi təklif edir. "iPhone 16 Pro"nun ekranı 6.3 düym, "iPhone 16 Pro Max" modelinin ekranı isə 6.9 düymdür.

"iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modellərində Apple-ın yeni A18 Pro prosessoru yer alır. Bu prosessor, 3nm texnologiyası ilə hazırlanmış və daha yüksək performans təqdim edir. Prosessora 16 nüvəli NPU (neyron prosessor bloku) və genişlənmiş yaddaş zolağı daxildir ki, bu da süni zəka və kamera performansını artırır. Eyni zamanda oyunlar üçün daha yaxşı qrafika və daha dəqiq görüntü emalı təklif edir.

Smartfonlarda kameranı idarə etmək üçün yeni "Capture" düyməsi var. Aparat əvvəlki nəsil çiplərdən 40% daha sürətli olan yeni A18 çipi il çalışır.

Yeni "iPhone 16" onlayn tərcümə funksiyası və həmsöhbətin statusuna əsasən optimal ünsiyyət üslubu seçə bilən "Apple Intelligence" süni intellekti ilə təchiz edilib. Telefon əlyazma mətnləri əsasında emoji yarada bilmək xüsusiyyətinə də malikdir.

Bununla yanaşı, Apple ən incə korpus (9,7 mm) və ən böyük ekranla təchiz edilmiş "Apple Watch Series 10" modelini təqdim edib. Saat 30 dəqiqə ərzində 80%-ə qədər enerji yığır və tam yüklənmiş batareya 18 saat işləyə bilir. Suya 50 metr dərinliyə qədər davamlı olan cihaz sualtı istifadə üçün dərinlik ölçmə funksiyasına da malikdir.


metbuat.az.