20 Sentyabr 2024 09:17
"Fənərbaxça" derbisi hazırlıqlarını davam etdirən "Qalatasaray"da Mauro İkardi komanda ilə məşqlərə başlayıb.
Metbuat.az bildirir ki, Argentinada zədəsinin müalicəsini davam etdirən ulduz hücumçu ötən gün İstanbula gəlib. Okan Burukun derbidə oynamayacağını bildirdiyi İkardi "Fənərbaxça" ilə matçda meydanda olmaq istəyir.
Bu mövzuda çox israrlı olan İkardinin Okan Buruka bir daha "Fənərbağça" ilə oynamaq istədiyini dediyi iddia edilib.
Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində 6 oyun keçirib. 31 yaşlı futbolçu bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.