METBUAT.AZ

İdman

Zədələr "Real"ı rahat buraxmır -

17 Sentyabr 2024 08:25

“Real Madrid”in futbolçusu Brahim Diaz zədələnib.

Metbuat.az xəbər verir ki, “Real Sosyedad”la səfər matçında sıradan çıxan futbolçu bud əzələsindən ciddi zədə alıb. Bildirilir ki, futbolçu ilin sonunda sağala bilir. Onun yaşıl meydanlara gələn il qayıda biləcəyi deyilir. Qeyd edək ki, “Real”da digər futbolçuların zədəli olduğu vaxtda Diaz əsas heyətdə yer almağa başlamışdı.

Bu mövsüm Diaz “Real”ın heyətində 6 oyun keçirib, 1 qol vurub və 1 məshuldar ötürmə verib.


metbuat.az.