METBUAT.AZ

Dünya

Zelenski Kulebanın yerinə onu təklif etdi

5 Sentyabr 2024 14:44

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi ilə bağlı qərar layihəsi təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ali Radada təklif artıq qeydiyyata alınıb.

Qeyd edək ki, Andrey Sibiqanın 49 yaşı var. 1997-ci ildən diplomatik vəzifələrdə, o cümlədən Ukraynanın Polşadakı səfirliyində çalışıb. 2016-2021-ci illərdə Türkiyədə səfir, daha sonra prezident aparatı rəhbərinin müavini vəzifəsində çalışıb. Xarici siyasət və strateji tərəfdaşlığın inkişafı məsələlərinə nəzarət edib. 2024-cü ilin aprelində o, Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini təyin edilib.


metbuat.az.