4 Sentyabr 2024 15:52
"Nazirlərin işdən çıxarılması Ukraynanın müxtəlif sahələrdə güclənməsi üçün lazımdır".
Metbuat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı deyib.
O, Ukrayna üçün və ukraynalılar naminə işləyən nazirlərə və Nazirlər Kabinetinin bütün komandasına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Ukraynanın ədliyyə, təbii sərvətlər və sənaye nazirlərinin istefa ərizəsi qəbul edilib.