METBUAT.AZ

Dünya

Zelenski Trampa sui-qəsd cəhdindən danışdı

16 Sentyabr 2024 17:07

"Ukraynada ABŞ prezidentliyinə namizəd Donald Trampın heç bir xəsarət almadığını öyrənməkdən məmnundurlar".

Metbuat.az xarici mediaya istinadın xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X şəbəkəsində bildirib.

"Donald Trampın xəsarət almadığını bilməkdən şadam. Ona və ailəsinə ən xoş arzularımı bildirirəm", - Zelenski deyib.

Zelenski Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin tez bir zamanda saxlanılmasından sevincini ifadə edib.


metbuat.az.