4 Sentyabr 2024 14:48
Arxeoloqlar Çinin cənub-şərqindəki Quanqdonq əyalətindəki zooparkda müxtəlif tarixi dövrlərə aid 150-yə yaxın məzar aşkar ediblər.
Metbuat.az bildirir ki, 2024-cü ilin aprel-iyul aylarında aşkar edilən məzarların 2100 ildən çox tarixi əhatə etdiyi deyilir. 4 məzar eramızdan əvvəl 206-220-ci illər arasında Han sülaləsinə, 8 məzar eramızın 265-589-cu illəri arasında davam edən Kin və Cənubi sülalələrə, 15 məzar isə eramızın 618-907-ci illəri arasında Tan sülaləsinə aiddir.
120-dən çox məzar eramızın 1368-ci ildən 1911-ci ilə qədər Çini idarə edən Ming və Qing sülalələrinə aiddir. Tədqiqatçılar həmçinin Çin Respublikası (1912-1949) dövrünə aid 48 məzar daşı aşkar ediblər.
Dünyanın müxtəlif yerlərində bu cür qəbiristanlıqlarda qazıntılar aparan tədqiqatçılar müəyyən ediblər ki, burada maddi mədəniyyət digər arxeoloji abidələrlə müqayisədə daha yaxşı qorunub saxlanılıb.