METBUAT.AZ

Sağlamlıq

1 ayda 720 yumurta yeyən alim açıqladı -

9 Oktyabr 2024 12:45

Harvard tələbəsi Nik Norwitz yumurta istehlakının xolesterola təsirini müşahidə etmək üçün 1 ay ərzində hər gün 24 ədəd yumurta yeyib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Norwitz apardığı təcrübə nəticəsində yumurtanın xolesterini artırdığına dair fikirlərin həqiqəti əks etdirmədiyini iddia edib.

O, yüksək yumurta istehlakının "pis xolesterol" kimi tanınan LDL səviyyələrini artırmadığı qənaətinə gəlib. Əksinə, təcrübə sonunda LDL səviyyələri 18% aşağı düşüb. Onun bu təcrübəsi elm dünyasında müzakirələrə səbəb olub.

Mütəxəssislərin fikrinə görə, bağırsaq hüceyrələrində sərbəst buraxılan xolesin hormonu qaraciyərə daha az LDL istehsal etməsi üçün siqnal verir. Bu, Norwitzin təcrübəsinin nəticələrini müəyyən dərəcədə izah edə bilər.

Buna baxmayaraq, əgər xolesterol problemi ilə qarşılaşırsınızsa, yumurta istehlak etməzdən əvvəl həkiminizlə məsləhətləşmək tövsiyə olunur.


metbuat.az.