METBUAT.AZ

Hadisə

15 yaşlı oğlan faciəvi şəkildə öldü

12 Oktyabr 2024 11:16

Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


metbuat.az.