4 Oktyabr 2024 22:11
Bərdə rayonunda 15 yaşlı Sevincin qətlə yetirilməsində Kənan adlı qonşusu şübhəli bilinir. Sevinc öldürülən günün səhəri Kənanın da itkin düşüb.
Metbuat.az-ın məlumatına görə, "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişində Sevincin nənəsi iştirak edib. O, Kənanın həyat yoldaşının hər şeyi bildiyini iddia edib.
Gənc qızı öldürməkdə şübhəli bilinən Kənanın anası Solmaz xanım canlı efirə qoşulub. "Kənan haradadır" sualına anası bilmədiyini deyib. O, oğlunun itkin düşdüyünü, Sevinc öldürməsinə inanmadığını bildirib. Solmaz xanım Kənanın qardaşına "səhv eləmişəm, məni utanılası iş görümüşəm" mesajını yazdığını deyib.
Qeyd edək ki, Sevincin meyiti köhnə tikilinin ərazisində basdırılmış halda tapılıb. Nənəsinin dediyinə görə, meyitin üzərində zorakılıq əlamətləri olub. Hadisədən sonra itkin düşən Kənanın sənədləri və ayaqqabısı Qarabağ kanalının yaxınlığında tapılıb.
Zaur Əliyev / Metbuat.az