4 Oktyabr 2024 11:50
Türkiyənin Balıkəsir şəhərinin Marmara dənizinin sahilində yerləşən bölgəsində balıqçılar nəhəng balıq tutublar.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 207 kiloqramlıq orkinos balığı təkcə çəkisi ilə deyil, nəhəng ölçüləri ilə də görənləri təəccübləndirə bilib.
Bu cür böyük balığın nadir tutulduğunu bildirən balıqçılar Erdek bölgəsinin balıqçılıq potensialının bir daha sübut olunduğunu vurğulayıblar.
Balıq servis olunmaq üçün restorana göndərilib.