27 Oktyabr 2024 14:10
"2000-ci il təvəllüdlü qadın dünən saat 07:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzinin Doğum şöbəsinə hospitalizasiya olunub".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ona 40-41 həftəlik hamiləlik diaqnozu qoyulub.
"Baş tutan doğuş nəticəsində çəkisi 4 kq, boyu 52 sm olan körpə dünyaya gəlib. Daha sonra vəziyyəti ağır olan ananın müayinələri və müalicəsi davam etdirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib.
Daha sonra pasiyent üzərində reloportamiya əməliyyatı icra olunub. Bakı şəhərindən dəvət olunan həkim-reanimatoloqların, eləcə də ginekoloqların konsiliumu baş tutub və ona uyğun müalicəyə başlanılıb.
Xəstəyə göstərilən terapiya tədbirlərinə baxmayaraq, 27.10.2024-cü il tarixində saat 05:30-da bioloji ölüm qeydə alınıb.
Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq.
Eyni zamanda qeyd edək ki, hamiləlik dövründə ana həkimə müraciət etməyib" , - deyə cavabda qeyd olunub.
10:38
Sabirabadda ana doğuşdan sonra ölüb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Sabirabad doğum evində Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova uşaq dünyaya gətirdikdən sonra vəfat edib. Körpə isə sağ qalıb.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şirvan şəhərində də bir neçə gün əvvəl doğuş edən qadın ölüb.