METBUAT.AZ

Texnologiya

5 dəqiqəlik şarjla 300 km məsafə -

23 Oktyabr 2024 21:34

Tayvan şirkəti elektrik avtomobilləri sənayesində böyük dəyişiklik yarada biləcək yeni batareya paketini təqdim edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni texnologiya "ProLogium" şirkəti tərəfindən Paris Motor Şousunda nümayiş etdirilib.

Şirkətdən verilən məlumata görə, tamamilə silikon kompozit anotlu batareya 321 Wh/kq enerji sıxlığına malikdir ki, bu da mövcud elektrik avtomobili akkumulyatorları ilə müqayisədə ciddi irəliləyişdir.

Mövcud texnologiyalarla müqayisə edildikdə, "Hyundai Ioniq 6"da istifadə edilən 53 kWh-lik batareya yalnız 153 Wh/kq enerji sıxlığına malikdir, "Tesla"nın qabaqcıl modellərində isə bu göstərici təxminən 232.5 Wh/kq təşkil edir. Bu fərq elektrik avtomobilləri sənayesində böyük dəyişiklik yarada bilər və uzun müddət davam edən şarj problemini həll etməyə kömək edə bilər.

Şirkət iddia edir ki, yeni növ batareya quraşdırılacaq avtomobil ilə cəmi beş dəqiqəlik şarjla 300 km məsafə qət etmək mümkün olacaq.


metbuat.az.