METBUAT.AZ

Ölkə

5 və 6 oktyabr tarixlərinə diqqət

4 Oktyabr 2024 14:12

Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır.

Bu gün 4 oktyabr gündüz saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq.

5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək. 6 oktyabrdan etibarən geomaqnit qasırğasınln zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.


metbuat.az.